Onlayn ictimai-siyasi qəzet
Naməlum şəxslərin xidməti avtomobilə hücumu nəticəsində azı dörd yol polisi həlak olub.
Məlumata görə, hüquq-mühafizə orqanlarının 3 əməkdaşı yerindəcə, biri isə aldığı xəsarətlərdən sonra dünyasını dəyişib.
Hücum ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində baş verib. Vilayətin mərkəzi bölgəsində Taftan-Xaş avtomobil yolunda naməlum şəxslər patrul xidmətinin əməkdaşlarına hücum ediblər.
Hadisənin təfərrüatları araşdırılır. Hələlik insidentlə bağlı rəsmi açıqlama verilməyib.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ