Onlayn ictimai-siyasi qəzet
Dünən Xorasan-e Rəzəvi əyalətində yerləşən Səbzevar Universitetinin keçmiş professoru Həsən Baqerinia video paylaşaraq Məşhəd şəhər İnqilab Məhkəməsinin 216-cı bölməsində olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Azad İran" teleqram kanalı yayıb.
Məlumatda bildirilir ki, o, videoda “rəhbəri (Xameneyini) təhqir etmək” ittihamı ilə həbs olunacağını bildirib.
Məlumata görə, Həsən Baqerinia 2022-ci ildə İranda xalq etirazları zamanı öyrənciləri dəstəklədiyi üçün universitetdən qovulub.
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ