İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda aktyor həbs edildi, 5 məhkum öldürüldü  

İranda Urmu şəhərində yaşayan fəal, sənətçi və aktyor Rza Purcəfər təhlükəsiz məmurları tərəfindən həbs edilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, media fəalları və Purcəfərin yaxınlarının bildirdiyinə görə, o, məktəblərdə şagirdlərin zəhərlənməsi ilə bağlı məlumatlar paylaşıb. Purcəfər 43 min nəfər üzvü olan İnstaqram hesabında şagirdlərin kütləvi zəhərlənməsi ilə bağlı etdiyi iki paylaşımında “Ana, mən nəfəs ala bilmirəm” və “Uşaqlarımız müharibəni görmədilər, ancaq kimyəvi silahın dadına baxdılar” ifadəsi işlədib.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Mərkəzi əyalətin Ərak şəhərində yerləşən həbsxanada 5 məhkum edam edilib. Məlumatda məhkumların narkotik maddələrin alverində günahlandırıldıqları, onların edam xəbərinin İran məhkəməsi və rəsmi mediası tərəfindən elan edilmədiyi bildirilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR