İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda 6 məhkum edam edilib

İran həbsxanalarında daha 6 məhbus dar ağacından asılıb.

Musavat.com "Azad İran" telegram kanalına istinadən xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, İranın Gərmsar, Xorrəmabad, Güney Azərbaycanın isə Zəngan, Sınandaş (Sənəndəc) və Xiyav (Meşgin) şəhərlərinin zindanlarında 6 məhkum edam edilib.

Bununla yanaşı, bir neçə şəhərdə edamdan öncə daha 9 məhbusun təkadamlıq kameralara köçürüldüyü bildirilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR