İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda 10-a yaxın Pakistan vətəndaşı ÖLDÜRÜLDÜ - Şahbaz Şərif Tehrana ÇAĞIRIŞ ETDİ

İranda 10-a yaxın Pakistan vətəndaşı qətlə yetirilib.

Musavat.com xəbər verir ki, bu barədə  "Azad İran" telegram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, dünən səhər Sistan və Bəluçistan vilayətinin Mehrestan şəhərində naməlum silahlı şəxslər azı 8 Pakistan vətəndaşını güllələyib.

Silahlı şəxslər pakistanlı avtotəmir ustalarını qətlə yetirib, onların əllərini və ayaqlarını bağlayıblar.

Bildirilib ki, öldürülən Pakistan vətəndaşlarından beşinin şəxsiyyəti artıq müəyyən edilib. Cinayəti törədənlərin kimliyi isə hələlik məlum deyil.

Pakistanın baş naziri Şahbaz Şərif Pakistan vətəndaşlarının ölümü ilə nəticələnən terror aktını pisləyib.

Baş nazir İranı günahkarların motivlərini üzə çıxarmağa və onları cəzalandırmağa çağırıb. Terrorun bütün bölgə üçün ciddi təhlükə olduğunu bildirən Pakistanın baş naziri qonşu ölkələri terrorizmə qarşı strategiya hazırlamaqda birgə səylərinin vacibliyini vurğulayıb.

Şərif qeyd edib ki, “İran hökuməti təkcə cinayətkarları həbs etməməli, həm də bu iyrənc hadisənin səbəblərini ictimaiyyətə açıqlamalıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

14 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR