İnsanlara hürriyət, millətlərə istiqlal!

İran zənginləşdirilmiş uran ehtiyatını "silahlanma səviyyəsinə yaxın" artırıb-SENSASİON İDDİA

İran uranı zənginləşdirməsi ilə bağlı xəbərləri təkzib etsə də, beynəlxalq təşkilatlar bunun əksini iddia edirlər.

Musavat.com xəbər verir ki, növbəti açıqlama Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən gəlib.

Agentlik məxfi hesabatında bildirib ki, İran İslam Respublikası beynəlxalq tələblərə məhəl qoymayaraq zənginləşdirilmiş uran ehtiyatını "silah səviyyəsinə yaxın" səviyyəyə çatdırıb.

Agentliyin hesabatında deyilir: "İslam Respublikasının 60% zənginləşdirilmiş uranının miqdarı 2024-cü il avqustun 17-nə 164,7 kq olub və bu miqdar agentliyin 2024-cü ilin mayında verdiyi əvvəlki hesabatla müqayisədə 22 kq-dan çox artıb".

Məsələ ilə bağlı rəsmi Tehran hər hansı bir münasibət bildirməyib. Lakin 2023-cü ildə İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhroz Kamalvəndi bu kimi iddiaları “faktların saxtalaşdırılması” adlandırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR