İnsanlara hürriyət, millətlərə istiqlal!

İran yenə başa qayıdır - hicab patrulları nəzarəti gücləndirəcək

İran polisi hicab geyinmə normalarına əməl olunmasına nəzarət edəcək avtomobil və piyada patrulları təşkil etməyə başlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının nümayəndəsinin fikrincə, bu cür tədbirlər “ictimai birliyə və cəmiyyətin təhlükəsizliyinə” töhfə verməlidir. Artıq polis əməkdaşlarından hicab taxmaqdan imtina edən qadınlara ilk növbədə töhmət vermələri və hicab taxmağı tövsiyə etmələri tələb olunur. İtaətsizlik halında polis qanunu pozanlara qarşı müəyyən qanuni tədbirlər görərək onları məsuliyyətə cəlb edə biləcək.

İran İslam Respublikasının cinayət məcəlləsinə əsasən, hicab geyinmə normalarına əməl etməyən qadınlara pul cəriməsi ilə yanaşı, 10 gündən iki aya qədər həbs cəzası da verilir. Onlara qarşı əlavə inzibati tədbirlər də tətbiq oluna bilər. Buraya dövlət qulluğundan xaricetmə, sürgün, ölkədən çıxışa və müxalifət təşkilatları ilə əlaqəyə qadağa qoyulması, əmlakın müsadirəsi aiddir. Daha ağır cəza başqalarını hicab taxmaqdan imtina etməyə inandıran və təşviq edənlərə şamil edilir: onlar bir ildən 10 ilədək həbs cəzası ala bilərlər.

Bundan əvvəl iranlı tələbələrin hicab taxmaqdan imtina etdikləri üçün təhsil müəssisələrinə girişinin dayandırıldığı bildirilirdi. Qeyd olunub ki, azı 60 qız şagird dərsdən kənarlaşdırılıb.

Qeyd edək ki, ötən ilin payızında hicabını normalara uyğun örtməyən Məhsa Əmini adlı qızın polis tərəfindən öldürülməsindən sonra ölkədə genişmiqyaslı və uzunmüddətli etiraz aksiyaları, iğtişaşlar başlamışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR