Onlayn ictimai-siyasi qəzet
İranın Suriyada səfirlik açması üçün heç bir problem yoxdur.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib.
O deyib ki, İran Suriyanın ərazi bütövlüyünün qorunması, təhlükəsizliyinin və sabitliyinin təmin edilməsinə sadiqdir.
Nazir vurğulayıb ki, rəsmi Tehran Suriya xalqının iradəsinə uyğun olaraq qurulan inklüziv hökuməti dəstəkləyir:
“Suriya cəmiyyəti homogen deyil. Ona görə də bütün tərəflər ölkənin idarə olunmasında iştirak etməlidirlər”.
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ