İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XİN başçısı Lavrovla Ukrayna və Suriyanı müzakirə edib

Mən Avropa liderlərindən birinin Ukrayna ilə bağlı mesajını Rusiyaya çatdırdım.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Moskvada Rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

“Ukraynada müharibəyə son qoymaq ideyaları var. Ukraynadakı humanitar məsələlərdən də danışdıq".

Nazir əlavə edib ki, mühüm ticarət, iqtisadi, tranzit, balıqçılıq, müdafiə və təhlükəsizlik mövzularından ikitərəfli əlaqələrdən danışılıb.

“İki ölkə arasında münasibətlər düzgün istiqamətdədir", - o deyib.

Onun sözlərinə görə, Suriya məsələsi ilə bağlı geniş müzakirələr aparılıb.

"Biz Astana formatında Suriyanın mövcud vəziyyətdən çıxmasına kömək etməkdə qərarlıyıq."

O bildirib ki, İraq, Əfqanıstan və Liviyadakı hadisələrlə bağlı Rusiya tərəfi ilə fikir mübadiləsi aparıblar:

"Liviya xalqı öz müqəddəratını özü həll etməlidir."

H. Əmir Abdullahian qeyd edib ki, onlar heç kimin İranın daxili işlərinə qarışmasına imkan verməyəcəklər:

"Hərtərəfli Birgə Fəaliyyət Planını canlandırmaq üçün etibarlı təminatlara ehtiyacımız var, biz Beynəlxalq Atom Enerjisi Agentliyindən siyasətdən uzaq durmağı və yalnız texniki çərçivədə hərəkət etməyi xahiş edirik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR