Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin birinci rübündə Türkiyəyə gələn əcnəbilərin ümumi sayı 13,37 faiz artaraq 7,04 milyon nəfərə çatıb.
Musavat.com Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin saytında dərc olunan statistik məlumata istinadən xəbər verir ki, yanvar-mart aylarında Türkiyəyə ən çox turist gələn ölkələrin siyahısında ilk üç yeri İran, Almaniya və Rusiya tutub.
Hesabat dövründə Türkiyəyə 737,5 min İran vətəndaşı, 688 min Almaniya vətəndaşı, 682 min Rusiya vətəndaşı səfər edib. Bu, xarici turistlərin ümumi sayının müvafiq olaraq 10,6 faizini, 9,7 faizini və 9,6 faizini təşkil edir. Eyni zamanda, 2024-cü ildə iranlı turistlərin payı ilin birinci rübündə 4 faiz artıb, rusiyalı turistlər isə təxminən 3 faiz azalıb.
İlk beşliyə həmçinin Bolqarıstan (575 min) və Gürcüstan (329 min) daxildir.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ