Onlayn ictimai-siyasi qəzet
İran bundan sonra uranı nə qədər lazım bilsə, o qədər də zənginləşdirəcək.
Musavat.com xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əlirza Borucerdi məlumat verib.
“Bu andan etibarən biz uranı ehtiyac duyduğumuz qədər zənginləşdirəcəyik və buna görə heç bir şərti qəbul etməyəcəyik. Məsələn, 90 faizədək zənginləşdirməyə ehtiyacımız yarana bilər”, – deyə Borucerdi bildirib.
Bu bəyanat İranın nüvə proqramı ilə bağlı beynəlxalq cəmiyyətdə narahatlıq doğura biləcək yeni gərginliyin siqnalı kimi dəyərləndirilir.
Musavat.com
23 Avqust 2025
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ