Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İran ABŞ prezidenti Donald Trampın nüvə razılaşması ilə bağlı ultimatumunu rədd edib.
İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Trampın gözləntiləri bizim üçün önəmli deyil:
"Bizim maraqlarımız önəmlidir. Nəzarətə alınacaq hər şey, yalnız məqsədəuyğun olan olacaq".
Qeyd edək ki, "Axios" portalı ABŞ prezidentinin İranın ali rəhbərinə iki aylıq müddət verərək yeni nüvə razılaşması imzalanmasını tələb edən məktub göndərdiyini xəbər vermişdi.
Musavat.com
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ