İnsanlara hürriyət, millətlərə istiqlal!

İran sünnilərinin nüfuzlu din xadimindən azərbaycanlılarla bağlı çağırış - foto

İranın Sistan və Bəlucistan əyalətində yaşayan sünni etnik bəlucların nüfuzlu din xadimi Moləvi Əbdülməjid Xoy zəlzələsində zərər görənlərə dəstək verməyə çağırıb.

Musavat.com bu barədə Gunaz.TV-yə istinadən xəbər verir ki, Zahidan şəhərinin Məkki məscidinin cümə imamı Moləvi Əbdülməjid bu barədə sosial media hesaında paylaşım edib. “Xoy şəhərində baş verən zəlzələ çoxlu xəsarətlərə səbəb olub. Zəlzələdən ziyan çəkənlərin kədərinə şərik olduğumu bildirir və vətəndaşlardan onlara yardım etmələrini xahiş edirəm”,- din xadimi yazıb.

Qeyd edək ki, Xoy vilayətində son yarım ayda iki dağıdıcı zəlzələ minlərlə insanı fəlakətli vəziyyətlə üz-üzə qoyub, amma hələ ki, İran rejimi, həmçinin dini kəsim azərbaycanlılara yardımla bağlı hər hansı addım atmayıb, çağırışlar etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR