İnsanlara hürriyət, millətlərə istiqlal!

İran sərhəd mesajını verdi: “Heç kim Ermənistanla aramıza girə bilməz”


İran yenidən sərt ritorikasına qayıdaraq Ermənistanla sərhəd məsələsində açıq mövqe sərgiləyib. İranın müdafiə naziri Amir Əziz Nasirzadə İrəvanda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdə bildirib ki, İran-Ermənistan sərhədi iki xalqın tarixi ünsiyyət yoludur və Tehranın bu sərhədə hər hansı təcavüzə göz yumması mümkün deyil.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İranın rəsmi ISNA agentliyi yayıb.

Nasirzadə bildirib:

“İranın əsas siyasəti bütün qonşularla, xüsusilə də Ermənistanla münasibətləri gücləndirməkdir və bu yolda heç bir maneə bizi dayandıra bilməz".

O, həmçinin Azərbaycanın və Ermənistanın apardığı sülh danışıqlarını dəstəklədiklərini və İranın bu prosesi sürətləndirməyə hazır olduğunu vurğulayıb:

“Qafqazda davamlı sülh bölgə üçün böyük inkişaf imkanları yaradacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR