İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfiri yenə Azərbaycana qarşı açıqlama verdi: “Heç bir dəhliz olmayacaq ”

Musavat.com xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani “Zəngəzur dəhlizi” ilə bağlı növbəti dəfə Azərbaycana qarşı açıqlama verib. O, KİV-ə müsahibəsində bildirib ki, Qərbi Azərbaycan rayonlarını Sünik vasitəsilə Naxçıvanla birləşdirən yolun “dəhliz” adlandırıldığını eşitməyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Çində keçirilən sammitdə bu ifadədən istifadə etməsinə münasibət bildirən Sobhani iddia edib:

“‘Dəhliz’ adlı heç nə mövcud deyil. Söhbət yoldan gedir — nə sülh sazişində, nə də imzalanmış bəyanatda dəhlizdən söz açılır. Heç bir dəhliz olmayacaq, zorla heç nə alınmaz”.

Qeyd edək ki, artıq səlahiyyət müddəti başa çatmaq üzrə olan Mehdi Sobhani Ermənistanda fəaliyyət göstərdiyi bütün dövr ərzində anti-Azərbaycan ritorikası ilə seçilib. Onun açıqlamaları bir çox hallarda hətta erməni siyasətçilərinin mövqeyindən daha sərt olub.

Musavat.com olaraq bu bəyanatın yazılı və video variantını təqdim etməklə oxucularımızı Sobhani adlı diplomatın dəyişməz anti-Azərbaycan ritorikası ilə tanış edirik.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR