İnsanlara hürriyət, millətlərə istiqlal!

İran şahının nəvəsi yəhudi iş adamı ilə EVLƏNDİ - FOTOLAR

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin nəvəsi İman Pəhləvi yəhudi əsilli ABŞ biznesmeni Bredli Şermanla Parisdə evlənib.

Musavat.com xəbər verir ki, bu barədə "Kayhan Life" nəşri məlumat yayıb.

Cütlüyün nikah mərasimi əvvəlcə Nyu-Yorkda qapalı şəkildə keçirilib, daha sonra isə Parisdə təntənəli toy təşkil edilib. 

Məlumata görə, cütlük keçən ay Nyu-Yorkun Manhetten bölgəsindəki nikah qeydiyyat ofisində rəsmi olaraq ailə qurub. Nikah mərasiminə yalnız yaxın ailə üzvləri, o cümlədən İmanın atası və İranın keçmiş vəliəhdi Rza Pəhləvi iştirak edib. Nyu-Yorkdakı mərasimdən sonra İman və Bredli Parisdə böyük bir toy məclisi təşkil ediblər.

Təntənəli mərasim keçən həftə sonu baş tutub və burada İran şah ailəsinin üzvləri, o cümlədən şahın dul arvadı Fərəh Pəhləvi və gəlinin bacıları Nur və Fərəh iştirak ediblər.

Cütlük hazırda Nyu-Yorkda yaşayır. 31 yaşlı İman Pəhləvi "American Express"də çalışır, həyat yoldaşı Bredli Şerman isə dronlarla çatdırılma xidməti göstərən "Matternet" şirkətində tərəfdaşlıq üzrə rəhbərdir.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə cütlüyün yəhudi toy ənənələrindən biri olan "xora" rəqsində kürsülər üzərində qaldırılması nümayiş olunub. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR