İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Rusiyaya Ukraynanı vurmaq üçün nə qədər dron verib?

Ötən ilin noyabrında İran gizli şəkildə Rusiyaya Ukraynaya zərbə endirmək üçün ən azı 18 uzaqmənzilli silahlı pilotsuz təyyarə verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Rusiya təxminən 200 km mənzilli 6 ədəd “Mohajer-6” pilotsuz uçan aparatı və hər qanadının altında iki raket, həmçinin bomba atıb bazaya qayıda bilən modifikasiya edilmiş alman mühərrikli 12 ədəd “Şahed 191” PUA-nı alıb. p\Pilotsuz təyyarələrin əksəriyyəti gizli şəkildə Xəzər dənizində Rusiya gəmisinə yüklənib, qalanları isə İranın dövlət aviaşirkəti tərəfindən çatdırlıb.

Bundan başqa, İran Moskvaya 54 texniki mütəxəssis göndərib. Pilotsuz təyyarələrin işə salınmasına yardım məsədilə hər təyyarəyə 3 ekspert təhkim olunub. Bildirilir ki, sonuncu dron noyabrın 20-də istifadəyə verilib.

Pilotsuz təyyarələrin 10 nəfərlik Rusiya nümayəndə heyətinin noyabr səfərindən sonra göndərildiyi qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR