Onlayn ictimai-siyasi qəzet
İranın Ekspertlər Məclisinin üzvü Səid Saleh Mirzai çıxışında ABŞ-ın hazırkı prezidenti Donald Trampı və bəzi Avropa liderlərini sərt tənqid edərək onların qətlə yetirilməsini tələb edən şiə müctəhidlərinin fətvalarını açıq şəkildə dəstəkləyib.
Bu barədə Musavat.com "Azad İran" kanalına istinadla xəbər verir.
O, bildirib ki, “lənətlənmiş Tramp kimi şəxslər, bəzi Avropa ölkələrinin liderləri və digər istibdad başçıları bu faciələrin birbaşa səbəbkarıdır.”
Mirzai daha sonra İsraillə bağlı son 12 günlük müharibəyə toxunaraq deyib:
“İslam baxımından onların qanının heç bir dəyəri yoxdur. Əgər bir mömin şəhidlərin qisasını almağa və bu təhdidləri ölkəmizdən uzaqlaşdırmağa nail olsa, bu, onun üçün dini bir borc, şəri vəzifə olacaq.”
Musavat.com xatırladır ki, bundan öncə də İranın böyük ayətullahı Məkarim Şirazi Tramp və Netanyahunun ölümünə fətva verib.
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ