İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Qətərdəki ABŞ bazalarına BALLİSTİK RAKET atdı - SON DƏQİQƏ

Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçir. İran tərəfindən Qətərə doğru ballistik raketlər atılıb. Hücumun əsas hədəfinin Qətərdə yerləşən ABŞ hərbi bazaları olduğu bildirilir.

Musavat.com xəbər verir ki, raketlər hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən vaxtında aşkarlanaraq havadaca zərərsizləşdirilib. İlkin məlumatlara görə, hücum nəticəsində xəsarət alan və dağıntı qeydə alınmayıb.

Hadisə İranın cavab hücumları çərçivəsində həyata keçirilib və ABŞ qüvvələrinin Yaxın Şərqdəki mövcudluğuna qarşı birbaşa mesaj kimi qiymətləndirilir.

Qətər rəhbərliyi təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə qaldırıb, regionda vəziyyət son dərəcə gərgin olaraq qalır.

@@TVmusavat/119181@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR