İnsanlara hürriyət, millətlərə istiqlal!

İran prezidenti: "Biz çox sevinirik ki, Qarabağ öz əzəli ərazisinə qovuşdu"

"Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu".

Musavat.com xəbər verir ki, bunu İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Daşkənddə görüşü zamanı deyib.

"Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq", - İran prezidenti bildirib.

İ.Rəisi qeyd edib ki, İran şirkətləri Qarabağın bərpasına kömək etməyə hazırdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR