İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Pakistanı beynəlxalq məhkəmə ilə hədələdi

İran “Mir” qaz kəmərinin tikintisi üzrə müqavilə öhdəliklərini yerinə yetirmədiyi iddiası ilə Pakistana qarşı 2024-cü ilin sentyabrında Parisdəki Beynəlxalq Ticarət Palatasında Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırmaq niyyəti ilə bağlı İslamabada “son bildiriş” göndərib.

Musavat.com xəbər verir ki, bu barədə “The News” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, kəmərin Pakistan hissəsinin tikintisinə dair saziş 2009-cu ildə imzalanıb. İslamabad layihənin bir hissəsini 2014-cü ilin dekabrına qədər tamamlamağı öhdəsinə götürüb. Sənəddə müddət ötürüldüyü təqdirdə Pakistanın 2015-ci il yanvarın 1-dən gecikdirilən hər gün üçün 1 milyon dollar təzminat ödəməsi nəzərdə tutulur. 2014-cü ildə ABŞ-ın Tehrana tətbiq etdiyi sanksiyalara görə tikinti 10 il müddətinə təxirə salınıb.

2019-cu ilin sentyabrında Pakistanın Dövlətlərarası Qaz Sistemləri və İranın İran Milli Qaz Şirkəti arasında yenidən işlənmiş müqavilə imzalanıb və bu müqaviləyə əsasən, İslamabad boru kəmərini 2024-cü ildə başa çatdırmağı və təxminən gündəlik 21 milyon kubmetr qaz idxal etməyi öhdəsinə götürüb. Bunun müqabilində Tehran arbitrajdan çəkinməyə razılaşıb. Sonra layihənin birinci mərhələsinin (81 km uzunluğunda olan hissə) başa çatdırılması üçün son müddət 2024-cü ilin sentyabr ayına təxirə salınıb. Bununla belə, kəmərin tikintisinə başlanılmayıb və Tehran İslamabada “son bildiriş” göndərib.

Pakistan hakimiyyətinin nümayəndəsi nəşrə bildirib ki, onlar ABŞ-ın sanksiyalarına görə layihəni həyata keçirə bilmirlər: “Biz amerikalıları tikintiyə icazə verməyə inandırmaq üçün əlimizdən gələni etdik, lakin Co Bayden administrasiyası Pakistan-İran qaz kəməri layihəsinə qarşıdır”.

2024-cü ilin martında ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu Konqres qarşısında çıxış edərək, İslamabada “Mir” qaz kəməri layihəsinə görə İranla münasibətlərə girəcəyi təqdirdə “ciddi nəticələr” barədə xəbərdarlıq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR