Onlayn ictimai-siyasi qəzet
İran Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası çərçivəsində əsas tələblərindən, məsələn, bir sıra obyektlərdə uran izlərinin mənşəyinin aşkarlanması ilə bağlı beynəlxalq araşdırmanın bağlanması istəyindən vaz keçib.
Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib.
"Reuters" agentliyinə danışan həmin adamın söylədiklərinə görə, ötən həftə İran faktiki olaraq əsas iddialardan imtina edib və bu, onun fikrincə, sövdələşməni çətinləşdirib.
“Biz düşünürük ki, onlar, nəhayət, Rubikonu keçdilər (qırmızı cizgini keçmək mənasında-red.) və ABŞ prezidenti Co Bayden üçün məqbul şərtlərlə mümkün razılaşmaya doğru addım atdılar. Əgər biz yaxınlaşa bilmişiksə, bu, İranın atdığı addım sayəsindədir. Onlar əvvəldən israr etdiklərə məsələlərdə güzəştə getdilər”, - deyə, o söyləyib.
Mənbə Vaşinqtonun hələ də İranın cavabını öyrənmədiyini bildirib.
"Əgər razılaşma əldə olunsa, o zaman biz bir sıra sanksiyaları ləğv edəcəyik, lakin bunun üçün İran nüvə proqramını məhdudlaşdırmalıdır", - deyə, ABŞ nümayəndəsi vurğulayıb.
Musavat.com
01 Iyun 2023
31 May 2023
ŞƏRHLƏRŞƏRH YAZ