İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Məhəmmədəmin Mehdəvini asdı: İsrail casusu kimi - FOTO  

Musavat.com xəbər verir ki, İran hakimiyyəti casusluqda ittiham olunan daha bir şəxsin edamını həyata keçirib. İranın məhkəmə sisteminin rəsmi informasiya agentliyi “Mizan”ın yaydığı məlumata görə, barəsində ölüm hökmü çıxarılmış Məhəmmədəmin Mehdəvi-Şayəstə bu gün səhər saatlarında edam olunub.

İttihama əsasən, o, İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə və casusluq fəaliyyəti aparmaqda günahlandırılıb. Rəsmi məlumatda bildirilir ki, Mehdəvi-Şayəstə İsrailə məxfi məlumat ötürməklə yanaşı, İranın təhlükəsizlik orqanlarına qarşı fəaliyyət göstərən şəbəkənin üzvü olub.

Bu, son 24 saat ərzində İsraillə əməkdaşlıq ittihamı ilə həyata keçirilən ikinci edamdır. Daha öncə, siyasi məhbus Məcid Məsibi də oxşar ittihamlarla edam edilmişdi.

“Mizan” agentliyi qeyd edir ki, hər iki şəxs “İsrailin xeyrinə casusluq və kəşfiyyat fəaliyyəti” apardığına görə mühakimə olunub. Qeyd olunur ki, İsrail-İran münasibətlərinin kəskinləşdiyi bu dönəmdə Tehranda bu tip “şübhəli fəaliyyətlərlə” bağlı həbs və edam tədbirləri artıb.

Hazırda beynəlxalq insan haqları təşkilatları İranda casusluq ittihamları ilə aparılan bu kampaniyanı narahatlıqla izləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR