Onlayn ictimai-siyasi qəzet
İran MAQATE ilə İranın nüvə obyektlərində yoxlamaların genişləndirilməsi ilə bağlı razılığa gəlib.
Musavat.com xəbər verir ki, məlumatı İranın Atom Enerjisi Təşkilatının rəhbəri Mohabbad Eslami açıqlayıb.
Onun sözlərinə görə, bu, dinc nüvə proqramı üzrə işlərin genişləndirilməsi baxımından zəruri addımdır.
İran rəsmisi ölkəsinin “dinc məqsədli atomdan, nüvə materiallarından istifadə üzrə əməliyyatları” artırdığını elan edib: "Biz imkanlarımızı artırdıqca, daha çox yoxlamaların olması təbiidir".
O, əmin edib ki, İran tərəfi “yoxlamalar üçün maneə yaratmayıb və yaratmayacaq”.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ