Onlayn ictimai-siyasi qəzet
Dünyanın bir sıra qaynar nöqtələri olsa da, əsas diqqətlər indi həm də bu suala cavab tapmaq üzərində cəmləşib: “İran İsraili vura bilərmi?” Bir çox ekspertlər bu ehtimalı mümkün hesab edir, bəzi ölkələr artıq diplomatlarının təxliyəsini planlaşdırır.
News/ru saytı iki ölkə arasında böyük müharibə perspektivi ilə bağlı məqalə dərc edib.
Musavat.com xəbər verir ki, nəşr İranın onun nüfuzuna və ya onun infrastrukturuna qarşı həssas hücumlara görə qisas almasını tam mümkün hesab edir. O da vurğulanır ki, İran əvvəl qisas alacağını elan edir, amma onun həyata keçirilməsi zaman ala bilər.
İsrail İran konsulluğuna hücumu inkar edilmədiyi nəzərə alaraq, əksər hərbi-siyasi ekspertlərin fikrincə, Tehranın cavabı İsrailin bilavasitə ərazisinə olmalıdır.
Bəs, İran İsrail ərazisini hansı raketlərlə vura bilər, ölkənin belə silah arsenalı varmı? Bildirilir ki, M-600 raketləri kimi tanınan 300 km mənzilli üçüncü nəsil “Fateh-110” raketlərindən istifadə edilə bilər.
Ən çox ehtimal olunan budur ki, İran bu qisas əməliyyatında ballistik və qanadlı raketlərin istifadə edə bilər. İran 2000 km mənzilə malik “Sajil” ballistik raketlərindən və ya Ukraynadan əvvəllər aldığı sovet raketləri əsasında istehsal olunan 2000 km və daha çox mənzilli “Meskat” qanadlı raketlərindən istifadəsi mümkündür. Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusu dünyanın ən sürətli dənizdən buraxılan “Triumf” qanadlı raketi də var.
İrandan İsrailə ən qısa məsafə 1800 km-dən çox deyil. Buna görə də Tehranın döyüş başlıqlarını hədəfə çatdırmaq üçün vasitələri var. Hətta dövlət qurumları da hücumun hədəfi ola bilər . İran “Xürrəmşəhr” ballistik raketindən də istifadə edə bilər. 1800 kq döyüş başlığına malik bu ağır, uzaq mənzilli daşıyıcı İran tərəfindən 2017-ci ilin yanvarında sınaqdan keçirilmiş orta mənzilli ballistik raketdir. 1000-dən 2000 km-ə qədər məsafə qət edə bilər.
Eyni zamanda İsrailin cavab zərbələri də ciddi narahatlıq doğurur. Bildirilir ki, İsrail cavab olaraq İranın nüvə obyektlərinə zərbələr endirə bilər. Belə bir ssenari istər-istəməz eskalasiyaya gətirib çıxaracaq.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ