İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İsrailə hücumun ikinci dalğasına BAŞLADI

İran İsrailə hücumun ikinci dalğasına başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb.

İsrailə qarşı raket atışları eyni vaxtda İran və Livandan həyata keçirilib. “Reuters” xəbər verir ki, atışma İranın ali dini lideri Ayətullah Əli Xamneyinin göstərişi ilə baş tutur.

“İsmail Haniyə, Seyid Həsən Nəsrullah və Abbas Nilforuşanın qətlinə cavab olaraq biz sionist işğalçı qurumun tam ürəyinə zərbə vurduq. Əgər İsrail cavab versə, biz onlara min qat daha çox zərbə vuracağıq”, - İran İslam İnqilabı Keşikçiləri Korpusunun məlumatında deyilir.

ABŞ prezidenti Co Bayden ABŞ ordusuna İranın hücumlarına qarşı müdafiədə İsrailə dəstək verməyi əmr edib. “The New York Times” həmçinin xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri ilə telefon danışığında ABŞ-ın İran və İranın dəstəklədiyi terror təşkilatlarının təhdidləri qarşısında Amerika personalını, müttəfiqlərini və tərəfdaşlarını qorumağa hazır olduğunu açıqlayıb. İsrail mediası Livandan kütləvi raket buraxılışının edildiyini yazır.



Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR