İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Hindistan silahlarını Ermənistana ötürməkdə güddüyü məkrli məqsədini açıqladı

“Biz Ermənistanın güclənməsinin tərəfdarıyıq”.

Musavat.com Ermənistan mətbuatında istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani fevralın 6-da jurnalistlər və ekspertlərlə görüşündə Hindistan silahlarının Ermənistana daşınmasında İranın tranzit rolu ilə bağlı sualı cavablandırarkən deyib.

O qeyd edib ki, qüvvələr balansı regionun sülh və təhlükəsizliyinə töhfə verəcək: “Biz Ermənistana yardım göstərməyə hazırıq ki, bu da regionda sülh və sabitliyə töhfə verəcək”.

“İran bu tranzit rolunun müqabilində Ermənistanda hərbi mövcudluğa nail olmaq istəyirmi” sualının cavabında İran səfiri bu dedi-qodulara cavab verməməyə üstünlük verdiyini qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR