İnsanlara hürriyət, millətlərə istiqlal!

İran hərbçiləri Əfqanıstan şəhərini atəşə tutub

Bazar günü İran sərhədçiləri Əfqanıstanın Nimroz əyalətinin inzibati mərkəzi Zaranc şəhərinə artilleriya hücumu edib, nəticədə bir taliban yaraqlısı ağır yaralanıb, yaşayış binası dağıdılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın “Haşt-e Subh” qəzeti Zarancdakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İranla həmsərhəd olan bu əyalətdə Taliban təhlükəsizlik qüvvələrinin qərargahı da atəşə tutulub.

Qəzet qeyd edir ki, münaqişə artıq başa çatıb. Onun səbəbi məlum deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR