Onlayn ictimai-siyasi qəzet
İran Yəmənin üsyançı Ənsar Allah (Husi) hərəkatını Yaxın Şərqdə gərginliyi azaltmağa və ABŞ-la danışıqlar kanalı açmağı nəzərdən keçirməyə çağırıb.
Musavat.com xəbər verir ki, məlumatı İraqın “Shafaq News” portalı mənbələrə istinadən yayıb.
Bildirilir ki, Tehranın mesajını husilərə İraqın keçmiş baş naziri (2018-2019) Adel Əbdül Mehdi bu yaxınlarda Sənaya səfəri zamanı çatdırıb. Təklif ABŞ-ın hava zərbələrinə son qoymaq şərti ilə Qırmızı dəniz və Bab əl-Məndab boğazında husilərin hücumlarının dayandırılmasını ehtiva edir.
Martın 15-də ABŞ prezident Donald Trampın göstərişi ilə Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən Husi hədəflərinə kütləvi zərbələr endirməyə başladı. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və naviqasiya azadlığını təmin etmək məqsədi daşıyır. Husi hökumətinin Səhiyyə Nazirliyinin məlumatına görə, zərbələr nəticəsində 53 nəfər həlak olub. Buna cavab olaraq “Ənsar Allah” hərəkatı Qırmızı dənizin şimalında Amerikanın “USS Harry Truman” aviadaşıyıcısına raket və pilotsuz uçuş aparatlarından istifadə edərək bir sıra hücumlar həyata keçirib. Zərbələr nəticəsində gəmiyə hər hansı ziyan dəydiyi barədə məlumat verilməyib.
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ