İnsanlara hürriyət, millətlərə istiqlal!

"İran bunu etiraf etməlidir, əks halda..." - Deputatdan CİDDİ XƏBƏRDARLIQ

"Azərbaycan səfirliyinə xaincəsinə hücum bir qədər öncə Londonda, Parisdə, Vaşinqtonda və digər şəhərlərdə baş verən oxşar hücumlardan daha qəddar və şiddətlidir. Çünki həmin şəhərlərdə biz itki verməmişdik. Tehranda isə mühafizə xidmətinin rəisi qətlə yetirilib".

Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

60be22016ecadc2e6e0b4c2beb615e75.jpeg (103 KB)

Millət vəkili bildirib ki, hadisə ilə bağlı çoxsaylı suallar yaranır:

"İlk sual onunla bağlıdır ki, motiv nədir. Nəyə görə bu hadisə baş verdi? İkinci sual odur ki, niyə məhz indiki dövrə təsadüf edir (Azərbaycan-İran münasibətlərində məlum gərginliklər fonunda baş verir). Əsas suallardan biri də odur ki, bu cinayətin arxasında kimlər dayanır. İranın hüquq-mühafizə orqanları hara baxırdı? Doğrudanmı onlarda bu cinayət faktının baş verəcəyi ilə bağlı heç bir məlumat, siqnal yox idi. Niyə onlar bu cinayətin qarşısını vaxtında ala bilməyiblər? Baş vermiş hadisə onsuz da mürəkkəb çağlar yaşayan Azərbaycan-İran münasibətlərinə çox ciddi təsir göstərəcək. İndiki vəziyyətdə bir nömrəli məsələ odur ki, İran cinayətkarların tapılıb cəzalandırılmasını təmin etməlidir. Azərbaycan tərəfi qarşısında üzrxahlıq etməlidir ki, bu dəhşətli faciə yaşanıb. Etiraf etməlidir ki, onun xüsusi xidmət orqanları, təhlükəsizlik qurumları öz üzərlərinə düşən vəzifələri yerinə yetirə bilməyiblər və bundan irəli gələrək çox ciddi addımlar atmalıdır. Bu cinayətin qarşısını almağa məsuliyyət daşıyan şəxslər cəzalandırılmalıdır. İran dövləti öhdəlik götürməlidir ki, bir daha belə hadisə baş verməyəcək və Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin edilməsi son dərəcə gücləndirilməlidir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR