Onlayn ictimai-siyasi qəzet
İran Avrasiya İqtisadi Birliyinin Ermənistanda keçiriləcək forumuna dəvət olunub.
İRNA xəbər verib ki, dünən Avrasiya İqtisadi İttifaqının ticarət naziri Andrey Slepnev bu ilin sentyabr-oktyabr ayları arasında İrəvanda keçiriləcək iqtisadi foruma İranı xüsusi qonaq qismində dəvət edib.
Məlumata görə, Andrey Slepnev İranın Rusiyadakı səfirliyinə gedərək dəvətlə bağlı qərarı İran səfiri Kazım Cəlaliyə açıqlayıb.
Bildirilib ki, sözügedən görüşdə İran və Aİİ arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub və tərəflər qarşılıqlı əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayıblar.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ