İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Almaniyada "casus-casus" oyununa girişib

Almaniya hökuməti ötən il İranda kütləvi etirazlar başlayandan sonra bu ölkənin kəşfiyyat orqanlarının Almaniyada yaşayan iranlılara qarşı casusluq fəaliyyətinin artdığını açıqlayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli “Welt am Sonntag” qəzeti məlumat yayıb.

“İran hakimiyyəti müxalifət qruplarını və ayrı-ayrı şəxsləri rejimin mövcudluğuna təhlükə kimi qiymətləndirir”, - Federal hökumət solçu Linke partiyasının sorğusuna cavab olaraq bildirib.

Ölkənin daxili kəşfiyyat xidməti Almaniya, eləcə də İran İnqilabı Keşikçiləri Qvardiyası ilə əlaqəsi olan 160 nəfəri müəyyən edib.

“İran İnqilabı Keşikçiləri Qvardiyasının geniş yayılmış casusluq fəaliyyəti, xüsusən də Almaniyadakı İsrailyönlü hədəflərə qarşı yönəlib”, - qəzet hökumətin bəyanatından sitat gətirir.

Xatırladaq ki, İranda etiraz aksiyaları sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb. Rəsmi versiyaya görə, qız baş örtüyünü düzgün taxmadığına görə saxlanılıb. O, dindirilmə zamanı ürək tutmasından dünyasını dəyişib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR