İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ-dəki seçkilərə müdaxilə edir? - FTB bütün SİRLƏRİ açdı

Federal Təhqiqatlar Bürosu (FTB) və ABŞ-ın digər kəşfiyyat agentlikləri respublikaçı namizəd Donald Trampın prezidentlik kampaniyasını hədəf alan haker hücumunun arxasında İranın dayandığı qənaətinə gəliblər.

Musavat.com xəbər verir ki, “Biz bu seçki dövrü ərzində İranın getdikcə daha aqressiv fəaliyyətini, xüsusilə Amerika ictimaiyyətinə qarşı əməliyyatları və prezidentlik kampaniyalarını hədəf alan kiber əməliyyatları müşahidə etdik”, - deyə FTB-nin Milli Kəşfiyyat Direktorluğu və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizlik Agentliyi ilə birgə yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, İran “ABŞ-ın seçki prosesinə təsir göstərmək” üçün hər iki siyasi partiyanın prezidentlik kampaniyalarına birbaşa çıxışı olan şəxslərlə əlaqə yaratmağa çalışır.

“İran üçün builki seçkilər onun milli təhlükəsizlik maraqlarına təsir baxımından xüsusi əhəmiyyət kəsb edir və Tehranın nəticələrə müdaxilə istəyini artırır”, - ABŞ-nin kəşfiyyat agentlikləri bildirib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR