İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ-a görə husilərə TƏZYİQ ETDİ

Tehran husilərə Amerika hədəflərinə atəş açmağı dayandırması üçün təzyiq göstərib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” iki İran rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran Qırmızı dənizdə ABŞ gəmilərinə hücumların dayandırılmasına nail olaraq Omanın diplomatik təşəbbüsü çərçivəsində öz təsir imkanlarından istifadə edib.

Bundan öncə ABŞ prezidenti Donald Tramp bildirib ki, “Vaşinqton husilərin mövqelərinə zərbələri dayandırır, çünki “Ənsarullah” qruplaşması təslim olub”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

07 May 2025

BÜTÜN XƏBƏRLƏR