İnsanlara hürriyət, millətlərə istiqlal!

İquain göz yaşları içində karyerasına son qoydu - VİDEO

"Real Madrid" və "Yuventus" kimi titullu komandaların keçmiş hücumçusu Qonzalo İquain futbolçu karyerasını başa vurub.

Musavat.com xəbər verir ki, “İnter Mayami”də çıxış edən ulduz futbolçu karyerasının son rəsmi oyununa çıxıb. 

"New York City"ə 3:0 hesabı ilə uduzaraq mövsümü və karyerasını başa vuran İquain matçdan sonra göz yaşlarına hakim ola bilməyib.

O, bildirib ki, son fit çalan kimi ən sevdiyi şeyin bitdiyini anlayıb:

"17 illik karyeram həyatımın yarısıdır. Bütün karyeram gözümün önündən keçdi. Yaşadıqlarım, işlərim və bu günə qədər qazandıqlarım... Əlimdən gələn hər şeyi etdiyim üçün çox xoşbəxtəm. Ən vacibi də budur. Xəyal qurtardı, indi mənim üçün daha fərqli həyat başlayır”, - deyə İquain futbolçu karyerası ilə belə vidalaşıb.

Qeyd edək ki, 34 yaşlı argentinalı futbolçu karyerası ərzində “Real”, “Napoli”, “Yuventus”, “Milan”, “Çelsi” kimi klubların şərəfini qoruyub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR