İnsanlara hürriyət, millətlərə istiqlal!

İqlim dəyişikliyi iri qəhvə plantasiyalarının gələcəyini təhdid edir

Qəhvə şıltaq bir məhsuldur. Qəhvə yalnız planetin müəyyən bir zolağında, tropiklər arasında və dəniz səviyyəsindən müəyyən yüksəkliklərdə istehsal oluna bilər, burada temperatur və rütubət şəraiti onun yetişməsinə kömək edir. Lakin iqlim dəyişikliyi bu incə tarazlığı təhdid edir və dünyanın ən gəlirli məhsullarından birinin forması və yeri baxımından yeni üfüqlər açır.

AZƏRTAC xəbər verir ki, Sürix Tətbiqi Elmlər Universitetinin tədqiqatçılar qrupu keş qozu və avokado ilə yanaşı, 14 iqlim modeli dəsti əsasında kofe becərilməsinin gələcək həyat qabiliyyətini təhlil edib. Tədqiqatçılar nəticəyə gəliblər ki, qəhvə plantasiyalarının əkilməsi üçün əlverişli ərazilər növbəti 30 il ərzində qlobal miqyasda 50 faiz kiçilə bilər. Araşdırmaya görə, bu tendensiya Braziliya, Vyetnam, Kolumbiya və İndoneziya kimi əsas istehsalçı ölkələrdə daha yüksək temperaturun nəticəsində yaranacaq.

Dünyanın üçüncü ən böyük istehsalçısı olan Kolumbiya Argentina kimi məhsul yetişdirmək üçün yeni, daha əlverişli enlikləri araşdırarkən bir addım öndə olmaq istəyir. Kolumbiyalı alim Alvaro Leon Gaytanın sözlərinə görə, hazırda iqlim dəyişikliyinə, yüksək temperatura, artıq suya və ya quraqlığa daha yaxşı dözə bilən qəhvə növləri tədqiq edilir.

Sürix Tətbiqi Elmlər Universitetinin araşdırmasına görə, iqlim dəyişkənliyinə daha çox həssas olan Braziliya iqlim dəyişikliyi səbəbindən hazırkı məhsullarının yarıdan çoxunu itirə bilər. Bu da gələcəkdə dünyanın ən məşhur içkisinə qlobal tələbatı ödəmək imkanını şübhə altına alır.

Mütəxəssislər illik yağıntılarla birlikdə orta temperaturun yüksəlməsini nəzərə alaraq, qəhvə plantasiyaları üçün iqlim şəraitinə tab gətirə bilən yeni sahələri nəzərdən keçirirlər. Bunlar Anqola, Zambiya, Hindistanın şimalı, Çinin cənubu, həmçinin ABŞ-ın cənubu və Argentinanın şimalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR