Onlayn ictimai-siyasi qəzet
Vəkillər Kollegiyasının üzvü Vüsal Mirzəyevin intiharı ilə bağlı Sumqayıt Prokurorluğunda araşdırma aparılır. Hadisə Sumqayıtda baş verib. Belə ki, vəkil özünü yaşadığı həyətdə qaz borusundan asıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, Vüsal Mirzəyevin üzərindən məktub aşkarlanıb. O, əlyazmada ölümündə heç kəsi günahlandırmamasını qeyd edib.
Musavat.com xəbər verir ki, vəkilin intiharında onun 2 il əvvəl törətdiyi yol qəzasından sonra sarsılmasının səbəb ola biləcəyi ehtimalı var. Belə ki, Vüsal Mirzəyev 2021-ci ilin mayında ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsi o zaman vəkili 5 il müddətinə azadlıqdan məhrum edib. Vüsal Mirzəyevin apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxıb. Məhkəmə ona bəraət verilməsi barədə qərar çıxarıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
09 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ