İnsanlara hürriyət, millətlərə istiqlal!

İnternetdə yayılan danışıqlar “qara qutu” ilə uyğun gəlmir – Bozumbayev

Qazaxıstan “Azərbaycan Hava Yolları”nın (AZAL) Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin pilotlarının Telegram kanallarında yayımlanan danışıqlarını “sızma” kimi qiymətləndirmir. Yayılan informasiyalar uçuş yazıcılarının dekodlanması ilə əldə edilən məlumatlardan fərqlənir.

Musavat.com xəbər verir ki, bunu mətbuat konfransında Qazaxıstan baş nazirinin müavini, insidentdən sonra yaradılmış hökumət komissiyasına rəhbərlik edən Kanat Bozumbayev deyib.

Bundan əvvəl “Baza” Telegram kanalı pilotlarla hava hərəkəti dispetçerlərinə məxsus danışıqların olduğunu iddia etmişdi və bunu paylaşmışdı.

Bozumbayev qeyd edib ki, o, bu paylaşımı görüb.

“Mənə elə gəlir ki, dərc olunan mətn daha çox yerlə danışıqlar aparan ölkəyə məxsus danışıqlardır. Orada ekipaj üzvləri arasında heç bir söhbət eşitmədim, “qara qutu”da kapitanın, pilotların və ekipaj üzvlərinin apardığı bütün söhbətlər var və bir az daha çoxdur”, - o bildirib.

Bozumbayev qeyd edib ki, həmin materiallar istintaq qrupundan sızan məlumat deyil.

“Əgər biz bunu “qara qutular”ın stenoqramlarının sızması hesab etmiriksə, niyə sızmanın mənbəyini axtarmalıyıq?

İnternetdə bir yerdə kimsə nəsə dərc edib - bu o demək deyil ki, həqiqətdir. Qara qutuların içindəkilərdən böyük fərq var”, - deyə Bozumbayev bildirib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR