İnsanlara hürriyət, millətlərə istiqlal!

"İnter"dən Hakan Çalhanoğluya yeni müqavilə

Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu "İnter"lə yeni müqavilə imzalaya bilər.

Qol.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira özünün "Tvitter" hesabında məlumat yayıb. Milan klubunun rəhbərliyi 28 yaşlı yarımmüdafiəçiyə uzunmüddətli müqavilə təklif etmək niyyətindədir. Hakanın agenti artıq danışıqlar üçün Milana səfər edib.

Qeyd edək ki, Çalhanoğlu 2021-ci ilin yayında azad agent kimi "İnter"ə keçib və 2024-cü ilin iyununa qədər müqavilə imzalayıb. "İnter"in də müqaviləni avtomatik olaraq daha bir mövsüm uzatmaq imkanı var.

Xatırladaq ki, Hakan bu mövsüm İtaliya çempionatı və Çempionlar Liqasının 11 matçında 2 qol vurub və 1 qolun ötürməsini verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR