İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərə Müdafiə Nazirliyi: Rusiya köhnə tanklarını döyüş meydanına çıxarır

Rusiyanın 1961-ci il T-62 tipli Sovet İttifaqı dövrünə aid tankları anbarlardan çıxararaq döyüş meydanına gətirəcəyi açıqlanıb.

Musavat.com xarici mediyaya istinadən xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında məlumat yer alıb.

Hesabatda Rusiya ordusunun ağır zirehli maşın itkilərini kompensasiya etmək üçün 60 illik T-62 əsas döyüş tankları ilə yenidən təchiz olunacağı bildirilir.

Qeyd edək ki, son zamanlarda ilk dəfə 1954-cü ildə meydançaya çıxan Rusiyaya məxsus BTR-50 zirehli personal daşıyıcılarının da ilk dəfə Ukraynada yerləşdirildiyi müəyyən edilib.

 

Musavat.com

33116e08-0b81-4b4e-9453-444099aad35f.jpg (66 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR