İnsanlara hürriyət, millətlərə istiqlal!

İnfarkt və insultdan qoruyan möcüzəvi içki

Çuğundur şirəsi infarkt və insultdan qoruyur.

Publika.az xəbər verir ki, bu barədə diyetoloq, biologiya elmləri namizədi Aleksandr Miroşnikov “Rossiya 1” kanalında yayımlanan “О самом главном” verilişinin efirində danışıb. Ürək-damar xəstəliklərinin qarşısını almağın yollarından danışan həkim bildirib ki, çuğundur şirəsi çox faydalıdır.

Mütəxəssis izah edib ki, bu içkinin tərkibində orqanizmdə zərərli xolesterinin səviyyəsini azaldan maddələr - flavonoidlər var. O qeyd edib ki, artıq xolesterin ürək-damar xəstəliklərinin əsas səbəbidir.

Həkim əlavə edib ki, özünüzü infarkt və insultdan qorumaq üçün gündə 250 mililitr çuğundur suyu içməlisiniz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR