Onlayn ictimai-siyasi qəzet
“Səhnə çox əcaib yerdir, 40 dərəcə hərarətlə səhnəyə çıxdığım günlər yadımdadır”.
Musavat.com xəbər verir ki, bunu məşhur müğənni Özcan Dəniz konsert proqramında söyləyib.
O, səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
“Səhnə həkimlərin sağaltmadığını sağaldır. İnfarkt keçirməmişəm, ürək spazması var. Çox yaxşıyam. Bakıya gəlməyi uzun zamandır gözləyirdik. Ürəyim bir yana, böyrəyimi də istəsəydilər, verərdim, bura gələrdim, yenə bu mahnıları oxuyardım”.
Müğənnini izləmək üçün 4000-ə yaxın tamaşaçı bir araya gəlib.
Konsert boyunca tamaşaçıları ilə səmimi dialoqlara girən ifaçı müjdəni də verib. Belə ki, Özcan Dəniz 31 oktyabrda yenidən Bakıya gələcək.
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ