Onlayn ictimai-siyasi qəzet
8-9 may 2025-ci il tarixlərində “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyəti və 100 nəfərlik üzv heyətinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ekskursiya təşkil olunub.
Musavat.com xəbər verir ki, İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən təşkil olunan bu ekskursiya, Ulu Öndər Heydər Əliyevin ideyalarının yaşadılması və gənc nəslə ötürülməsi istiqamətində həyata keçirilən silsilə tədbirlərin davamıdır.
Tədbirdə İB-nin sədri Xəyyam Əsgərov, idarə heyətinin üzvləri, o cümlədən Azərbaycanın yaxın dostu, Türkiyənin ölkəmizdəki sabiq fövqəladə və səlahiyyətli səfiri, İMZA İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıç da iştirak edib.
İştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin siyasi irsi ilə tanış olub, onun Azərbaycanın inkişafına verdiyi töhfələri ehtiramla yad ediblər.
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ