İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlu barəsində istintaq başladıldı: "Allaha həvalə edirəm"

İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu haqqında istintaq başladıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmamoğlu televiziya proqramlarından birində İstanbul Baş Prokuroru Akın Gülək və onun ailəsini təhdid etməkdə ittiham olunur.

İmamoğlu isə iddiaları rədd edərək, istintaqla bağlı belə açıqlama verib:

“İstanbul Respublika Prokurorluğu mənim və ailəmi təhdid etdiyim iddiası ilə haqqımda istintaq başladıb. Mən çıxışımda heç bir təhdid ifadəsi işlətməmişəm. Heç kimə, xüsusilə baş prokurorun ailəsinə və uşaqlarına təhdid etməmişəm. İstifadə etdiyim hər söz bu ölkənin övladları və gələcəyi üçün ədalət tələbidir. Sözümdən geri dönmürəm. Bu təhdid iddiasını irəli sürən baş prokuroru Allaha və vicdanına həvalə edirəm”.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR