Onlayn ictimai-siyasi qəzet
“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyev 17 milyon manatlıq dələduzluqda ittiham olunur.
Məlumata görə, Hacıyev İlqar Allaz oğlu barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanılıb.
Bu yolla o, 2016-cı ilin fevral ayından 2017-ci ilin mart ayının 22-dək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında ümumilikdə həmin dövrün rəsmi məzənnəsinə görə 17.000.000 manat təşkil edən 10.000.000 ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İ.Hacıyev istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25.12.2020-ci iltarixli qərarla barəsində axtarış elan edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İlqar Hacıyevi 15 iyul 2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət edilib.
Ona xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.//Qafqazinfo
17 Mart 2025
16 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ