İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskın oğlu həm cinsini, həm də soyadını dəyişir

Amerikalı ixtiraçı milyarder İlon Maskın oğlu cinsini dəyişmək və valideyni ilə ünsiyyətdən imtina etmək qərarına gəlib.

Musavat.com xarici agentliklərə istinadən bildirir ki, xəbər milyarderin oğlu tərəfindən də təsiqlənib.

Jurnalistlərin əldə etdiyi sənədlərdə Xavyer Maskın "Mən bioloji atamla uzun müddət yaşamamışam və onunla heç bir əlaqədə olmaq istəmirəm" yazdığı bildirilir. Cinsini dəyişdikdən sonra, o, Vivien Uilson adını almaq istəyir.

Xatırladaq ki, İlon Mask birinci həyat yoldaşı Castin Uilson ilə hələ tələbə olarkən tanış olub. 2000-ci ildə ailə quran cütlüyün 2 ildən sonra bir övladı dünyaya gəlib, lakin uşaq 10 həftə sonra naməlum səbəblərdən vəfat edib.

2004-cü ildə cütlüyün süni mayalanma yolu ilə Qriffin və Damian adlı ekizləri, 2006-cı ildə isə Xavyer, Kayu, Sakson adlı övladları dünyaya gəlib. Düzdür, artıq 2008-ci ildə İlon və Castin boşanıb.

Qeyd edək ki, bu günlərdə İlon Maskın adı daha bir qalmaqalla çəkilir. Amerikalı milyarderə qarşı kirptovalyuta piramidası qurmaq suçlaması ilə 258 milyar dollarlıq məhkəmə iddiası qaldırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR