Onlayn ictimai-siyasi qəzet
Polşanın xarici işlər naziri Radoslav Sikorski milyarder İlon Maskın “Starlink” sistemini “Ukrayna ordusunun sütunu” adlandıran və onun bağlanmasına eyham vuran açıqlamasına cavab verib.
Musavat.com xəbər verir ki, Sikorski bu barədə martın 9-da “X” sosial şəbəkəsində yazıb:
“Ukrayna üçün “Starlink” Polşanın Rəqəmsal Texnologiyalar Nazirliyi tərəfindən ödənilir və ildə təxminən 50 milyon dollara başa gəlir. Əgər “SpaceX”in etibarsız olduğu ortaya çıxarsa, biz başqa təchizatçılar axtarmağa məcbur olacağıq” .
Qeyd edək ki, “SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukrayna ordusunun rabitə sisteminin tamamilə “Starlink” peyk internetinə əsaslandığını bildirib.
Maskın sözlərinə görə, əgər bu sistem dayandırılarsa, Ukrayna ordusunun cəbhə xətti tamamilə dağılacaq.
“Əgər mən “Starlink”i söndürsəm, onların bütün cəbhə xətti çökər. Ukraynanın cəbhədəki bütün koordinasiya və rabitə imkanları “Starlink”ə bağlıdır. Bu, müharibə strategiyasının əsas elementidir. Uzun illərdir bu çıxılmaz vəziyyətdə qan tökülməsindən bezmişəm. Ukrayna bu vəziyyətdən qaçılmaz şəkildə məğlub çıxacaq”, - deyə Mask vurğulayıb.
İqbal RZAYEV,
Musavat.com
10 Mart 2025
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ