İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskdan ŞOK AÇIQLAMA: “Uşaqlarım bir legiondur” – milyarder “ağıllı nəsil” planı qurur

 

Dünyaca məşhur milyarder İlon Mask bəşəriyyətin gələcəyi üçün fərqli və qalmaqallı planları ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, "Wall Street Journal" nəşrinin yazdığına görə, Mask öz övladlarını “legion” adlandırır və planetə yüksək intellektə sahib daha çox insan bəxş etməyi məqsəd qoyur. Məlumata görə, onun dörd fərqli qadından azı 14 uşağı var, lakin bəzi mənbələr bu sayın daha çox ola biləcəyini iddia edir.

Maraqlısı odur ki, yazıçı Eşli Sent-Kler hamiləlik dövründə İlon Mask ona daha çox qadını prosesə cəlb etməyi təklif edib. Məqsəd – daha tez bir “ağıllı nəsil” formalaşdırmaq olub. Maskın Sənt-Klerə dediyi mesajlardan biri nəşrdə belə sitat gətirilir:
“Apokalipsisdən əvvəl legion səviyyəsinə çatmaq üçün surroqat analardan istifadə etməli olacağıq”.

Maskın bu açıqlamaları və hərəkətləri ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Onun texnologiya sahəsindəki ambisiyalarının artıq demoqrafik mühəndisliyə keçdiyi iddia olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR