İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hərbçisi mülki şəxsi GÜLLƏLƏDİ: Dəhşətli görüntülər YAYILDI - VİDEO

Donetsk vilayətində Rusiya hərbçisi təhlükəli ərazidən təxliyə olunmağa çalışan mülki şəxsi güllələyib.

Musavat.com xəbər verir ki, bu barədə Donetsk Vilayət Prokurorluğu məlumat yayıb.

Hadisə Pokrovski rayonunun Udaçnoye kəndində baş verib. Sosial şəbəkələrdə yayılan videolardan birində əşyalarını daşıyan bir mülki şəxsin yolun kənarı ilə irəlilədiyi əks olunub. Kadrlarda görünür ki, dağıdılmış binada gizlənmiş rus hərbçisi onu nişan alaraq atəş açır. Güllə dinc sakinin həyatına son qoyur.

Faktla bağlı istintaq tədbirlərinə başlanılıb. Hadisə ilə əlaqədar cinayət işi açılıb.

Hazırda Donetsk Vilayət Prokurorluğu və Ukrayna Təhlükəsizlik Xidməti hadisənin bütün detalları və günahkar şəxsin müəyyən edilməsi istiqamətində araşdırma aparır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR