Onlayn ictimai-siyasi qəzet
İlon Mask yaxın illərdə robotların insan cərrahları geridə qoyacağını bəyan edib.
Musavat.com xəbər verir ki, məşhur milyarder bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
O yazıb ki, robotlar bir neçə il ərzində yaxşı insan cərrahlarını, təxminən 5 il ərzində isə ən yaxşı cərrahları belə üstələyəcək.
Mask qeyd edib ki, "Neuralink" şirkəti beyin-kompüter sisteminə elektrod yerləşdirmək üçün robota ehtiyac duyub.
Onun sözlərinə görə, insan əli tələb olunan sürət və dəqiqliyə çata bilmədiyi üçün bu proses yalnız robot vasitəsilə həyata keçirilə bilib.
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ